Home / Mədəniyyət  / Astanada Türkologiya Muzeyi açılıb – FOTO

Astanada Türkologiya Muzeyi açılıb – FOTO

Astanada Beynəlxalq Türk Akademiyasının nəzdində Türk Yazısı Günü münasibətilə Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. Türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın

Astanada Beynəlxalq Türk Akademiyasının nəzdində Türk Yazısı Günü münasibətilə Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. Türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir.

Tədbirə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Özbəkistan və Monqolustandan gələn elm adamları, ziyalılar və media nümayəndələri qatıldılar.

Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdıralı deyib: “Beynəlxalq Türk Akademiyası dövlət başçılarımızın 2009-ci ildə Naxçıvanda keçirilən sammitində yaradılıb. O zaman Akademiyanın nəzdində kitabxana və muzeyin açılması da tövsiyə olunmuşdu. Bu gün Türkologiya Muzeyini açmaqla həm türkologiya elminin inkişafında xidmətləri olan nüfuzlu alimlərimizi yad etmiş olduq, həm də həmin tövsiyələrin həyata keçirilməsi istiqamətində daha bir addım atdıq. Burada böyük çöldə yaşayan qardaş xalqların mədəniyyətini, tarixini əks etdirən əşyaları nümayiş etdirməkdən böyük şərəf duyuruq. Hazırda Muzeydə Türk dünyasından elm adamları və türkoloqların bağışladığı 300-dən artıq tarixi əsər və əşyalar yer alır, amma qarşıdakı dövrdə burdakı nadir eksponatların sayını daha da genişləndirmək üçün çalışacağıq”.

Qeyd edək ki, muzeyin açılışından sonra Beynəlxalq Türk Akademiyasında “Türkologiya və Altay araşdırmalarının müasir problemləri” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Tanınmış türkoloq, Amerikanın Miçiqan Universitetinin professoru Timur Kocaoğluna türkologiya elminin inkişafındakı xidmətlərinə görə Akademiyanın medalı təqdim edilib.

Print Friendly, PDF & Email
Review overview