Yüklənir

Gözləyin

“Eurovision 2017”: Diana Hacıyeva finalda 12-ci sırada çıxış edəcək

“Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəyi iştirakçıların sıralaması müəyyənləşib.

“eurovision.tv” saytına istinadla xəbər verilir ki, Azərbaycanı “Sceletons” mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Mayın 13-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda müsabiqə iştirakçılarının sıralaması belədir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

Scroll Up