Home / Elm və texnologiya  / Atırau Dövlət Universitetinin 5 tələbəsinə Heydər Əliyev təqaüdü verilib – FOTO

Atırau Dövlət Universitetinin 5 tələbəsinə Heydər Əliyev təqaüdü verilib – FOTO

Azərbaycanın Aktaudakı Baş konsulluğu ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirib. Universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi”ndə təşkil olunmuş tədbirdə

Azərbaycanın Aktaudakı Baş konsulluğu ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirib.

Universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi”ndə təşkil olunmuş tədbirdə universitetin müəllim və tələbə heyəti, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni mərkəzinin fəalları, yerli televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə universitetin prorektoru, filologiya elmləri doktoru Güljan Saqidevna Carasova açıb və Heydər Əliyev haqqında tədbir iştirakçılarına məlumat verib.

O, daha sonra Azərbaycan-Qazaxıstan əlaqələrinin əhəmiyyətindən söz açıb və xatırladıb ki,  1991-cı ildə müstəqilliyini yenicə əldə edən hər iki dövlət bir-birinə qarşılıqlı dəstək verib.

Prorektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə birdəfəlik təqaüdlərin verilməsini yüksək qiymətləndirib:

“Bu, o tələbələrin hər biri  üçün önəmli hadisədir”.

Daha sonra Azərbaycanın Aktaudakı Baş konsulluğunun rəhbəri Elxan Zeynalov görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlərindən danışıb.

Tədbirdə universitetin müxtəlif fakültələrindən seçilən 5 tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitabları, həmçinin Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlı iş adamlarının maliyyə dəstəyi ilə hər bir tələbəyə 75 min tənqə məbləğındə təqaüd təqdim edilib.

Təltiflərdən sonra Heydər Əliyev təqaüdünə layiq görülən tələbələr öz münnətdarlıqlarını bildiriblər.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Print Friendly, PDF & Email
Review overview