Home / Mədəniyyət  / Astanada “Azərbaycan – islam dünyasının incisi” fotosərgisi keçirildi – FOTO

Astanada “Azərbaycan – islam dünyasının incisi” fotosərgisi keçirildi – FOTO

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Milli muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan - islam dünyasının incisi" fotosərgisi keçirilib. Sərgi çərçivəsində may ayında Azərbaycanın paytaxtı Bakıda baş

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Milli muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan – islam dünyasının incisi” fotosərgisi keçirilib.

Sərgi çərçivəsində may ayında Azərbaycanın paytaxtı Bakıda baş tutacaq islam oyunları haqqında video-çarx nümayiş olunub.

Sərgi iştirakçılarına məlumat verilib ki, idman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Bildirilib ki, islam həmrəyliyi oyunlarında Qazaxıstandan 6 idman növü üzrə idmançılar iştirak edəcək.

Vurğulanıb ki, bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Bu mötəbər tədbir Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Sərgidə Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş 50-dən çox foto nümayiş olundu.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 2017-ci il Azərbaycanda İslam Həmrəylik ili elan olunmasından və Bakıda İslam Həmrəylik oyunları başlanması haqda iştirakçılara ətraflı məlumat verdi.

Diplomat Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsindən də danışıb:

“Hər iki ölkə multikulturalizmi dövlət siyasətinin prioritetləri sırasına daxil edib və bunu əyani olaraq aktiv şəkildə həyata keçirir. Multikulturalizm Azərbaycan və Qazaxıstanın həyat tərzinə çevrilib”.

Daha sonra səfir ulu öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərə də toxunub:

“Ümummilli lider Heydər Əliyev Azərbaycanı fəlakətlərdən xilas edərək sürətli inkişaf yoluna çıxarıb. Ulu öndər dünyanın çox nüfuzlu siyasi və dövlət xadimi kimi tarixə düşüb. Aparıcı ölkələrin görkəmli liderləri bu haqda dəfələrlə söz açıb”.

Sərgidə nümayiş olunan şəkillərdə Heydərin Əliyev Azərbaycanın həm daxili, həm də xarici siyasətində qlobal dönüşə nail olmuş dahi siyasətçi olduğu öz əksini tapıb.

Sərgi iştirakçılarda böyük maraq oyadıb.

Mayın 21-dək davam edəcək sərgidə Azərbaycanın müqəddəs abidələrinin fotosərgisi də nümayiş etdirilir.

Print Friendly, PDF & Email
Review overview