Şənbə, May 6th, 2017

now browsing by day

 

Akademik Rəfiqə Əliyeva vəfat etdi

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il may ayının 6-da ömrünün 85 ci ilində vəfat etmişdir. Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. O,Read the Rest…


Heminquey: Bəyaz fillərə bənzər təpələr – hekayə

Tehran Vəliyevin tərcüməsində Ernest Heminqueyin “Bəyaz fillərə bənzər təpələr” hekayəsini təqdim edirik: Ebro vadisinin o tayında sıra ilə uzanan uzun təpələr ağappaq idi. Bu tayda nə bir ağac, nə bir kölgəlik vardı, iki dəmiryolu xətti arasındakı stansiya qızmar günəş altında alışıb yanırdı. Stansiya binasının bir tərəfinə düşəm yeganə kölgəlikdə isəRead the Rest…


Polis və DTX Astarada xüsusi əməliyyat keçirdi

Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Rayon Şöbəsi əməkdaşları birgə əməliyyat keçirib. DİN-in mətbuat xidməti xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndlərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CDRead the Rest…


İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıldı, tədbirin mədəniyyətlərinRead the Rest…


Atırau Dövlət Universitetinin 5 tələbəsinə Heydər Əliyev təqaüdü verilib – FOTO

Azərbaycanın Aktaudakı Baş konsulluğu ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində tədbir keçirib. Universitetin nəzdində fəaliyyət göstərən “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi”ndə təşkil olunmuş tədbirdə universitetin müəllim və tələbə heyəti, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli-mədəni mərkəzinin fəalları,Read the Rest…


Astanada “Azərbaycan – islam dünyasının incisi” fotosərgisi keçirildi – FOTO

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Milli muzeydə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan – islam dünyasının incisi” fotosərgisi keçirilib. Sərgi çərçivəsində may ayında Azərbaycanın paytaxtı Bakıda baş tutacaq islam oyunları haqqında video-çarx nümayiş olunub. Sərgi iştirakçılarına məlumat verilib ki, idman oyunlarındaRead the Rest…


Əli Həsənov: Qayıdanda ailə üzvlərinə, dostlarına bu barədə danışacaqlar

Keçən il Azərbaycanda “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanın yürütdüyü siyasətin məqsədi xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun gücləndirilməsinə, İslam həmrəyliyinə nail olunmasıdır. Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Prezidentin köməkçisi vurğulayıb ki, BakıdaRead the Rest…


Qalib gələn jurnalistlərə şad xəbər: müsabiqənin nəticələri açıqlandı

İqtisadiyyat Nazirliyinin KİV nümayəndələri arasında “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda keçirdiyi yaradıcılıq müsabiqəsinin nəticələri elan olunub. Müsabiqə ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilib.


Sərbəst və qadın güləşçilərimiz Avropa ikincisi oldu – FOTO

Serbiyanın Novı Sad şəhərində Avropa çempionatda sərbəst və qadın güləşçilərimiz ümumi komanda hesabında ikinci olublar. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Qadın güləşçilərimiz çempionatı 1 qızıl və 2 bürünc medalla tamamlayıblar. Qızıl medalı komandamıza Mariya Stadnik (48 kq), bürünc medalları isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60Read the Rest…


“Taliban” daha bir yaşayış məntəqəsini ələ keçirdi

“Taliban” hərəkatının yaraqlıları Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətinin Kalayi-Zal qəzasında nəzarəti ələ keçiriblər. Tolo News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, yaraqlılar Kalayi-Zalı mayın 6-da, Əfqanıstan təhlükəsizlik qüvvələri ilə iki gün davam edən ağır döyüşdən sonra tutublar. Hücum zamanı ölənlərin və yaralananların dəqiq sayı barədə informasiya verilmir. AprelRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up