Home / Elm və texnologiya  / “Google” istifadəçiləri təhlükə haqda xəbərdar edib

“Google” istifadəçiləri təhlükə haqda xəbərdar edib

ABŞ-ın “Google” şirkəti “Gmail” elektron poçt istifadəçilərinə “Google Docs” “bulud” xidməti adından məktub göndərən fırıldaqçılar haqda məlumat verib. Belə məktublar zərərverici istinadlardan ibarətdir. “news.rambler.ru” saytına istinadən bildirilir ki, “Google Docs”un rəsmi “Twitter” səhifəsində müvafiq xəbərdarlıq  dərc

ABŞ-ın “Google” şirkəti “Gmail” elektron poçt istifadəçilərinə “Google Docs” “bulud” xidməti adından məktub göndərən fırıldaqçılar haqda məlumat verib. Belə məktublar zərərverici istinadlardan ibarətdir.

news.rambler.ru” saytına istinadən bildirilir ki, “Google Docs”un rəsmi “Twitter” səhifəsində müvafiq xəbərdarlıq  dərc olunub: “Biz “Google Docs” xidməti adından göndərilən fişinq mesajlarını araşdırır və sizdən belə məktubları açmamağı xahiş edirik”.

“Google” şirkəti istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün artıq saxta səhifələri silib və saxta məktubların göndərilməsi üzrə yeni hallar haqda xəbər verməyi xahiş ediblər.

Fişinq – istifadəçilərin məxfi məlumatlarına giriş əldə etmək və şifrləri ələ keçirmək üçün internet fırıldaqçılığının bir formasıdır. (ICTnews)

Print Friendly, PDF & Email
Review overview