Home / Səyahət  / Barselonanın “El-Prat” hava limanında uzun növbələr yaranıb

Barselonanın “El-Prat” hava limanında uzun növbələr yaranıb

İspaniyanın Barselona şəhərinin “El-Prat” hava limanında pasport nəzarətinin gücləndirilməsi nəticəsində uzun növbələr yaranıb. Bir müddətdir ki, Avropa daxilində səfər edən sərnişinlərin də passport nəzarətindən keçirilməsi hava limanında gərginlik yaradıb. Terror təhlükəsini əsas gətirən hakimiyyət orqanları, “Şengen”

İspaniyanın Barselona şəhərinin “El-Prat” hava limanında pasport nəzarətinin gücləndirilməsi nəticəsində uzun növbələr yaranıb. Bir müddətdir ki, Avropa daxilində səfər edən sərnişinlərin də passport nəzarətindən keçirilməsi hava limanında gərginlik yaradıb.

Terror təhlükəsini əsas gətirən hakimiyyət orqanları, “Şengen” zonası daxilində səfər edənlərin də pasport nəzarətindən keçidini həyata keçirirlər. Nəticədə çoxlu sayda uçuşun gecikməsi, sərnişinlərin saatlarla növbədə gözləməsi kimi problemlər yaranıb.

Yeni qaydadan xəbəri olmayan bir çox sərnişinin hava limanına müvafiq sənədləri olmadan gəlməsi halları da əlavə çətinliklər yaradır.

Print Friendly, PDF & Email
Review overview