Home / Ədəbiyyat  / “Bayıldan bayıra” kitabının təqdimatı keçirildi – FOTO

“Bayıldan bayıra” kitabının təqdimatı keçirildi – FOTO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair, publisist Faiq Balabəylinin "Bayıldan bayıra" adlı kitabının təqdimatı keçirildi. Bu haqda məlumatı jurnalist Cəmilə Vasifqızı verdi. Onun sözlərinə görə, tədbiri giriş sözü ilə AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açdı. O,

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair, publisist Faiq Balabəylinin “Bayıldan bayıra” adlı kitabının təqdimatı keçirildi.

Bu haqda məlumatı jurnalist Cəmilə Vasifqızı verdi.

Onun sözlərinə görə, tədbiri giriş sözü ilə AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açdı. O, çıxışında  Faiq Balabəylinin yaradıcılığına toxundu, onun lirik şeirlər vurğunu olduğunu bir daha xatırlatdı:

Картинки по запросу ilqar fəhmi

“Əvvəllər şeir yazan şair sonradan  hekayə və povest yazmağa başladı və nəticədə bu, onda yaxşı alındı. Bu gün təqdimatını keçirdiyimiz kitabın məzmunu isə həbsxana həyatına həsr edilib. Oxucu bu kitabı oxuyanda, sanki o ağrı-acını özündə hiss edir. Bu isə müəllifin böyük ustalığıdır. Kitabda həbsxana həyatının bütün cizgiləri yer alıb. Nəzmdən nəsrə keçid alan şair yəqin bu ağrı-acılı hissləri daha dolğun şəkildə oxucularına çatdırmaq üçün belə bir priyom işlədib. Yaradıcı insanlar hər zaman nəyinsə axtarışında olur. Faiq Balabəyli də belə yazarlardan biridir. İstedadlı yazıçı hər zaman öz yaradıcılığında yeniliklər edir və şedevr əsərləri ilə daim gündəmdə qalmağı bacarır”.

Tədbirdə iştirak edən Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, əməkdar artist Şövqi Hüseynov, tanınmış yazıçı Seyran Səxavət, Kəmaləddin Qədim, Aləm Kəngərli, İbrahim Rüstəmli, Xatirə Rəhimbəyli, Xatirə Fərəcli, Məlahət Yusifqızı, Nazilə Gültac, Maarif Sultan, Fərqanə Mehdiyeva, Bilal Alarlı, Şahin Musaoğlu Faiq Balabəylinin ətrafına toplaşaraq sevinclərini onunla paylaşdılar.

Sonda müəllif hamıya dərin minnətdarlığını bildirdi və imzalı kitablarını tədbirə gələn qonaqlara təqdim etdi.

Print Friendly, PDF & Email
Review overview