Home / Mədəniyyət  / Nizami Cəfərov akademik seçildi – YENİLƏNİB

Nizami Cəfərov akademik seçildi – YENİLƏNİB

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətində keçirilən Ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətində keçirilən Ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.

AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülüb.

AMEA-nın 2 may 2017-ci il tarixli Ümumi yığıncağında aşağıdakı alimlər AMEA-nın həqiqi və müxbir üzvü seçiliblər. Bundan əlavə, akademik Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti, Nərgiz Axundova İctimai Elmlər, Nazim Məmmədov isə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmələrinin akademik-katibi seçiliblər.

AMEA-nın həqiqi üzvü adına layiq görülən şəxslər bunlardır:  Məmmədov Yusif Əbülfət oğlu, Məmmədov Nazim Timur oğlu, Nəhmədov Ənvər Pirverdi oğlu, Məcidov Əjdər Əkbər oğlu, Feyzullayev Əkpər Əkpər oğlu, Qurbanov Fazil Səməd oğlu, Əli-zadə Validə Mövsüm qızı, Paşayeva Nərgiz Arif qızı, İmanov Muxtar Kazım oğlu, Cəfərov Nizami Qulu oğlu, Nağısoylu Möhsün Zellabdin oğlu, Səfərova Zemfira Yusif qızı, Axundova Nərgiz Çingiz qızı, Mahmudov Yaqub Mikayıl oğlu, Mustafayev Şahin Məcid oğlu və Baxşəliyeva Gövhər Baxşəli qızı.

AMEA-nın müxbir üzvü adına isə bu şəxslər layiq görülüblər:  Mərdanov Misir Cumayıl oğlu, Mehdiyeva Səlimə İbrahim qızı, Sadıqov Əminağa Bəhmən oğlu, İbrahimov Vaqif Rza oğlu, Alıquliyev Ramiz Məhəmməd oğlu, Məmmədova Məsumə Hüseyn qızı, İsmayılov İsmayıl Mahmud oğlu, Səmədov Oqtay Əbil oğlu, Qasımov Oqtay Kazım oğlu, Zeynalov Eldar Bahadur oğlu, Əliyev Tofiq Abbasəli oğlu, Hüseynov Dadaş Ağa-Cavad oğlu, Qasımov Elmar Mustafa oğlu, Musayev Əlişir Veys oğlu, Mamedov Arif Mamedoviç, Quliyev Əlövsət Gülüş oğlu, Novruzov Vaqif Seyfəddin oğlu, Araslı Nüşabə Həmid qızı, Mustafayev Tehran Əlişan oğlu, Əliyev Kamran İmran oğlu, Əlizadə Firəngiz Əliağa qızı, Qasımlı Musa Cəfər oğlu, İmanov Qorxmaz Cahangir oğlu, Bünyadzadə Könül Yusif qızı və Həsənli Oruc Qafar oğlu.


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib.

Yığıncaqda dilçilik bölməsi üzrə AMEA-ya həqiqi üzv (akademik) seçilmək uğrunda millət vəkili Nizami Cəfərovla tanınmış  alim  Möhsün Nağısoylu arasında gərgin mübarizə gedib.

Nəticədə Nizami Cəfərov AMEA-nın həqiqi üzvü (akademik) seçilib.

AMEA-nın ümumi yağıncağı barədə geniş məlumat veriləcək.

Print Friendly, PDF & Email
Review overview