Home / Mədəniyyət  / Emin Ağalarov Leyla Əliyevanın özəl günündə – FOTO

Emin Ağalarov Leyla Əliyevanın özəl günündə – FOTO

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Canlı həyat” (Live Life) adlı sərgisinin açılışı olub. Sərginin açılışında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva, Azərbaycan Avropa Cəmiyyətinin sədri Tale Heydərov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini,

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Canlı həyat” (Live Life) adlı sərgisinin açılışı olub.
Sərginin açılışında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva, Azərbaycan Avropa Cəmiyyətinin sədri Tale Heydərov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak edib.
Tədbirdə Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyavanın keçmiş həyat yoldaşı, müğənni Emin Ağalarov da iştirak edib. Instagram-da paylaşılan şəkildən göründüyü kimi Emin oğlu Mikayılla birgə sərgi ilə tanış olub.
Qeyd edək ki, mayın 24-dək davam edəcək sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
Print Friendly, PDF & Email
Review overview