Yüklənir

Gözləyin

Gənc yazarın oxucularla ilk görüşü – FOTO

“Əfsanələr yalandır” kitabının müəllifi, gənc yazar Habil RzaNur Mustafayevin “Kitab evim”də oxucularla ilk görüşü olub.

Bu haqda məlumatı jurnalist Cəmilə Vasifqızı yayıb.

Tədbiri giriş sözü ilə “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, şairə Fərqanə Mehdiyeva açıb və Habil bəyin yaradıcılığından danışıb.

Tədbirdə publisist, şair, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı,  Nəcibə İlkin, kitabın redaktoru Hidayət Sönməz, Ayaz Arabaçı, Mətanət Qüdsi, Günay Abdullayeva, Ülkər Piriyeva, Xalidə xanım, Zeynəb Dərbəndli, Ruslan Nadir, Məmməd Qədir və başqaları çıxış edərək öz şeirlərini səsləndiriblər.

Habil bəy bu diqqət və qayğıya görə hamıya minnətdarlığını bildirib.

Scroll Up