Home / Musiqi  / Vera Brejneva Bakı haqqında bunları yazdı

Vera Brejneva Bakı haqqında bunları yazdı

Bakı Şopinq Festivalının (Baku Shopping Festival) fəxri qonağı olan məşhur müğənni Vera Brejneva öz şəxsi İnstaqram səhifəsində Azərbaycan paytaxtına səfəri barədə təəssüratlarını bölüşüb. “Fərqli şəhərlərə səfər etmək, yeni dostlar, sevimli məkanlar tapmaq necə də gözəldir. Bakıda

Bakı Şopinq Festivalının (Baku Shopping Festival) fəxri qonağı olan məşhur müğənni Vera Brejneva öz şəxsi İnstaqram səhifəsində Azərbaycan paytaxtına səfəri barədə təəssüratlarını bölüşüb.

“Fərqli şəhərlərə səfər etmək, yeni dostlar, sevimli məkanlar tapmaq necə də gözəldir. Bakıda əsrarəngiz bir gün yaşadım. Musiqi, qonaqpərvərlik, gözəllik və sevgi. Bakıda görüşdüyüm hər kəsə təşəkkür edirəm”.

V.Brejneva bu sözləri Bakıda Heydər Əliyev adına hava limanında ölkəsinə qayıdarkən çəkdirdiyi foto ilə birgə paylaşıb.

Tanınmış müğənninin bu paylaşımı 3 gün ərzində 140 mindən çox “layk” və 1000-dən artıq şərh qazanıb.

Bakı Şopinq Festival çərçivəsində məşhur “VİA Qra” qrupunun cazibədar eks-solisti Heydər Əliyev sarayında öz şousu, ifası və geyimləri ilə marağa səbəb olub. “#Nomer1” adlı musiqi gecəsində müğənni 1 saata 6 libas dəyişib və oxuduğu məşhur mahnıları ilə tamaşaçıların rəğbətini qazanıb. (Axsam.az)

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview