Home / Maraqlı  / Ərdoğan: “Rza Zərrab atamın oğlu deyil, amma…”

Ərdoğan: “Rza Zərrab atamın oğlu deyil, amma…”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Reuters"ə müsahibə verib. Prezident ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab haqqında da danışıb: "Mayda ABŞ səfərimdə prezident Trampla ikili münasibətlər, Suriya, İraq, terrorla mübarizə mövzularını müzakirə edəcəyik. Eyni zamanda Rza Zərrab barədə

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Reuters”ə müsahibə verib.

Prezident ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab haqqında da danışıb:

"Rza Zərrab atamın oğlu deyil, amma..." - Ərdoğan

“Mayda ABŞ səfərimdə prezident Trampla ikili münasibətlər, Suriya, İraq, terrorla mübarizə mövzularını müzakirə edəcəyik. Eyni zamanda Rza Zərrab barədə də danışacağıq. Zərrab atamın oğlu deyil, amma mənim bir vətəndaşımdır. Bir günahı varsa, sənədləri Ədliyyə Nazirliyinə dərhal çatdırılmalıdır. Yoxsa bir şeylər uydurulub həbs ediblərsə, o zaman vətəndaşına sahib çıxa bilməyən ölkə oluruq.

“Halk Bank”ın müdir köməkçisi Hakan bəy indiyə qədər ABŞ-a 7 dəfə gedib-gəlib. Hər hansı problem olmadığı halda son anda onun da saxlanılması qərəzli addımların atıldığını göstərir”. (Axsam.az)

Print Friendly, PDF & Email
Review overview