Home / Mədəniyyət  / Barselona sakinlərinə Azərbaycan ədəbiyyatına aid kitablar paylanılıb

Barselona sakinlərinə Azərbaycan ədəbiyyatına aid kitablar paylanılıb

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən "Azərbaycan evi"ndə Kataloniya vilayətinin ən əhəmiyyətli bayramlarından olan Sant Jordi günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirdə şəhər sakinlərinə Azərbaycan ədəbiyyatının ispan dilinə tərcümə edilmiş nümunələri olan 200 kitab və

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Azərbaycan evi”ndə Kataloniya vilayətinin ən əhəmiyyətli bayramlarından olan Sant Jordi günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirdə şəhər sakinlərinə Azərbaycan ədəbiyyatının ispan dilinə tərcümə edilmiş nümunələri olan 200 kitab və gül hədiyyə edilib.

Sant Jordi günü Kataloniyada həm Kitab, həm də Gül bayramı adlanır. Bu gündə adətən qızlar oğlanlara kitab, oğlanlar isə qızlara gül hədiyyə edirlər. Bu ənənə sayəsində hər il məhz bu bayramda yalnız Kataloniyada 1,5 milyon nüsxəyədək kitab satılır.

Print Friendly, PDF & Email
Review overview