Home / Mədəniyyət  / Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edildi

Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan prezidenti İlham Əliyev Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Ə. Amaşov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının

Azərbaycan prezidenti İlham Əliyev Əflatun Amaşovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ə. Amaşov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Картинки по запросу əflatun amaşov

Qeyd edək ki, Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə SSRI Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1985-1994-cü ildə “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.

1995-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.

2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

Картинки по запросу əflatun amaşov

Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.  Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Картинки по запросу əflatun amaşov

Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Print Friendly, PDF & Email
Review overview