Home / Səyahət  / Bu aviaşirkət fəaliyyətini müvəqqəti dayandırdı

Bu aviaşirkət fəaliyyətini müvəqqəti dayandırdı

Türkiyəyə məxsus “Borajet” aviaşirkəti fəaliyyətini müvəqqəti dayandırıb. “NTV” telekanalına istinadla xəbər verilir ki, xarici və daxili 80 istiqamətdə uçuşlar həyata keçirən aviaşirkət bu gündən etibarən uçuşlarına fasilə verir. Şirkət fəaliyyətini üçüncü İstanbul hava limanı istifadəyə verildikdən

Türkiyəyə məxsus “Borajet” aviaşirkəti fəaliyyətini müvəqqəti dayandırıb.

“NTV” telekanalına istinadla xəbər verilir ki, xarici və daxili 80 istiqamətdə uçuşlar həyata keçirən aviaşirkət bu gündən etibarən uçuşlarına fasilə verir. Şirkət fəaliyyətini üçüncü İstanbul hava limanı istifadəyə verildikdən sonra bərpa edəcək. “SBK Holding” tərəfindən alınan aviaşirkət yeni hava limanının açılışına qədər hazırlıqlara başlayıb.

Məlumata görə, hazırda şirkət təyyarələrinin texniki nasazlıqlarını aradan qaldırmaq və yeni istiqamətlər üzrə danışıqlar aparmaq üçün işlər görür. “Borajet” aviaşirkəti qabaqcadan alınan biletlərin sərnişinlərini “Türk Hava Yolları”na yönləndirib.

Print Friendly, PDF & Email
Review overview