Home / Musiqi  / Bakıda İslam ölkələrinin milli musiqi alətləri sərgilənəcək

Bakıda İslam ölkələrinin milli musiqi alətləri sərgilənəcək

Mayın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında” adlı sərgi açılacaq. Muzeydən bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil ediləcək sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə

Mayın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında” adlı sərgi açılacaq.

Muzeydən bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil ediləcək sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq. Hər bir müsəlman ölkəsinin milli musiqi alətlərinin yer alacağı sərginin ekspozisiyasına şəhərimizin qonağı olacaq əcnəbi ölkə vətəndaşları baxa biləcəklər.

Sözügedən sərginin təşkili üçün artıq muzeydə müvafiq işlərə başlanılıb. Ölkəmizdə fəaliyyət göstərən İslam ölkələrinin səfirliklərinə bununla bağlı müraciət də olunub. Sərgi çərçivəsində Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı ilə çıxışı da nəzərdə tutulub.

Print Friendly, PDF & Email
Review overview