Home / Elm və texnologiya  / “iPhone 8” smartfonunun çertyoju internetə sızdırılıb

“iPhone 8” smartfonunun çertyoju internetə sızdırılıb

Bloqer Sonni Dikson “Twitter” sosial şəbəkəsində öz səhifəsində yeni “iPhone 8” korpusunun sxemini dərc edib. Şəkildə smartfonun arxa qapağı təsvir edilib. “lenta.ru” saytına istinadən bildirilir ki, sxemin şəklinə əsasən söyləmək olar ki, “Touch ID” barmaq izi

Bloqer Sonni Dikson “Twitter” sosial şəbəkəsində öz səhifəsində yeni “iPhone 8” korpusunun sxemini dərc edib. Şəkildə smartfonun arxa qapağı təsvir edilib.

lenta.ru” saytına istinadən bildirilir ki, sxemin şəklinə əsasən söyləmək olar ki, “Touch ID” barmaq izi skaneri arxa qapağa keçiriləcək. “Pacific Crest Securities” şirkətinin analitiki Endi Xarqrivz düşünür ki, “Apple” şirkəti skanerin smartfonda displeyin alt hissəsinə inteqrasiyası problemilə üzləşdiyinə görə ondan imtina edə bilər.

Çertyoja əsasən, smartfon virtual reallıq məzmununun çəkilişi üçün şaquli istiqamətdə yerləşmiş ikiqat kamera ilə təchiz ediləcək. Həmçinin telefonun korpusunun ölçüləri məlumdur: hündürlüyü 149,5 mm, eni 72,5 mm. Şayiələrə görə, “iPhone 8” smartfonunun qalınlığı 8,6 mm təşkil edəcək.

Şirkətin son patentlərinə əsasən, “iPhone 8” smartfonunun korpusu maye metaldan düzəldiləcək. Maye metal sirkonium, titan, nikel, mis və başqa metalların xüsusi ərintisidir və strukturuna görə şüşəyə oxşayır. Amma çox möhkəmdir, korroziyaya qarşı davamlıdır. (ICTnews)

Print Friendly, PDF & Email
Review overview