Home / Ədəbiyyat  / Tanınmış jurnalistin yeni kitabı çıxdı

Tanınmış jurnalistin yeni kitabı çıxdı

Tanınmış şair, əməkdar jurnalist Tahir Talıblının bu günlərdə "Vaxt vaxtında gəlir" adlı yeni kitabı işıq üzü görüb. Müəllif kitaba uzun illər mətbuatda yayımlanan publisistik - etnoqrafik, tarixi səpkidə, eləcə də folklor yönümlü yazılarını, görkəmli şəxslərlə olan

Tanınmış şair, əməkdar jurnalist Tahir Talıblının bu günlərdə “Vaxt vaxtında gəlir” adlı yeni kitabı işıq üzü görüb.

Müəllif kitaba uzun illər mətbuatda yayımlanan publisistik – etnoqrafik, tarixi səpkidə, eləcə də folklor yönümlü yazılarını, görkəmli şəxslərlə olan müsahibələrini, şeirlərinə yazılan rəyləri, dostları haqqında olan xatirələrini daxil edib.

“Vaxt vaxtında gəlir” adlı kitabda “Duyğularımın palitrası”, “Ömür söz işığında”, “Alınan müsahibələr” və “Verilən müsahibələr” bölmələri yer alır.

“Ziya” nəşriyyatında dərc olunan kitabın redaktoru Sevda Mikayılqızı, rəssamları isə mərhum rəssam Məmməd Dəmirçioğlu və Fərman Hüseynovdur.

Qeyd edək ki, Tahir Talıblının “Əziz Əliyev dövrü, həyatı, şəxsiyyəti” adlı tədqiqat və “Sevgi harayı”, “Yazılmamış şeirlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar”, “Bu tale dediyin”, “Qurdu qəmgin, quşu qərib” şeir kitabları da işıq üzü görüb.

Print Friendly, PDF & Email
Review overview