Home / Maraqlı  / Prezidentlər də üzr istəyir

Prezidentlər də üzr istəyir

Böyük dövlətlərin başçıları öz yanlışlarını necə etiraf edir, necə üzr istəyirlər?.. Bizə elə gəlir ki, kiminsə kimdənsə üzr istəməsi onu bir az kiçildir. Baxmayaraq ki, üzrxahlıq bütün hallarda insanları böyüdür, münasibətləri gözəlləşdirir, bir sözlə, həyatı asanlaşdırır.

Böyük dövlətlərin başçıları öz yanlışlarını necə etiraf edir, necə üzr istəyirlər?..

Bizə elə gəlir ki, kiminsə kimdənsə üzr istəməsi onu bir az kiçildir. Baxmayaraq ki, üzrxahlıq bütün hallarda insanları böyüdür, münasibətləri gözəlləşdirir, bir sözlə, həyatı asanlaşdırır. Və hətta bu taktikadan böyük-böyük dövlətlər də istifadə edirlər. Hansısa bir soyuqluq, bir anlaşılmaz siyasi jest, sərhədlərin pozulması, diplomatik yanlışlıq…

Bütün bunların hamısı bir üzrxahlıqla həll olunur. Qosqoca dövlətlərin başçıları çıxıb dünya ictimaiyyətinin qabağında başqa bir dövlətdən, xalqdan, hansısa bir siyasi xadimdən üzr istəyirlər və …. Və biz bu hekayələri toplayıb, maraqlı bir yazı etdik. Nə zaman, hansı şəraitdə, hansı şərtlər daxilində dövlət başçıları bir-birindən üzr istəyiblər? Kim kimin qabağında boynu bükük olub? Və ya üzrxahlığı hansı halda qəbul olunub, hansı halda yox?
2016-cı ilin yanvarında İngiltərə Türkiyədən üzr istəyib. Buna səbəb Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə britaniyalı həmkarı Devid Kemeron arasında baş tutan görüş zamanı PKK tərəfdarlarının aksiya keçirməsi olub. Məlumata görə, İngiltərənin Ticarət naziri Sacid Cavid Davudoğlunun qaldığı oteli ziyarət edərək hökumət adından üzr istəyib. Bundan bir gün öncə Davudoğlu ilə Kemeron arasında görüş zamanı PKK tərəfdarları aksiya keçirib. Türkiyə lazımi tədbir görmədikləri üçün İngiltərə hökumətinə şikayətlənib.
Ötən ilin may ayında İngiltərənin Mançester şəhərindəki “Traffor” ticarət mərkəzində terror aktlarının qarşısını almaq məqsədi daşıyan manevr keçirilib. Təxminən 800 könüllünün də iştirak etdiyi manevr müsəlmanlar tərəfindən böyük etirazla qarşılanıb. Buna səbəb isə manevr zamanı terrorçu qismində çıxış edən qara geyimli şəxsin “Allahu Əkbər” deməsi, ardınca isə partlayışın baş verməsi olub. Şəhər əhalisi və müsəlmanların sərt təpkisindən sonra yerli polis manevr zamanı işlənən bu sözə görə üzr istəmək məcburiyyətində qalıb.
Ən çox Azərbaycandan üzr istəyiblər
Məşhur erməni jurnalist və publisist Vaqe Avetyan Xocalıda törədilən qətliama görə Azərbaycan xalqından 2015-ci ildə üzr istəyib. Bu barədə Avetyan Facebook səhifəsində yazıb.

Image result for Vaqe Avetyan
Üzrxahlıqlar siyahısında Havay ştatının Nümayəndələr Palatasının sədrinin Azərbaycandan üzr istəməsi də yer alır. Erməni lobbisinin ənənəvi manipulasiyası və məkrli oyunları nəticəsində ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası tərəfindən 29 mart 2016-cı il tarixində qondarma “DQR”ə dair qəbul olunmuş H.R. 167 saylı qətnamə ilə bağlı Palatanın sədri Cozef Souki memorandum imzalayaraq, bu qətnaməyə görə təəssüf hissi keçirdiyini bildirib və Azərbaycandan və Azərbaycan xalqından dərindən üzr istədiyini elan edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna ünvanlanmış memorandumda spiker C.Souki təəssüflə bildirir ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, sözügedən H.R. 167 saylı qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul olunub.
Bu günlərdə isə erməni diasporunun nümayəndələri Ukraynanın Lvov şəhərində ermənilər tərəfindən Azərbaycan idmançılarına qarşı törədilən təxribatlara görə rəsmi şəkildə üzr istəyiblər. Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti üzrə sədri Məcid Nuxiyev məlumat verib. M.Nuxiyev deyib ki, mayın 17-də Ukrayna milli polisinin Lvov vilayəti üzrə Baş İdarəsi tərəfindən həmin şəhərdə brifinq təşkil olunub: “Həmin mətbuat konfransı zamanı Lvovdakı erməni diasporunun rəhbəri Nikolay Koçaryan Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəyib. Hətta, Nikolay Koçaryan erməniləri bu hərəkətinə görə ”əclaf” adlandırıb. Brifinq zamanı Nikolay Koçaryan deyib ki, “mən öz əclaflarımıza görə azərbaycanlılardan üzr istəyirəm”. Nikolay Koçaryan söz verib ki, oxşar hadisələr təkrarlanmayacaq.
2011-ci ildə Moldova Ermənistana silah satdığı üçün Azərbaycandan üzr istəyib. Məlumata görə, Varşavada keçirilən Şərt Tərəfdaşlığı sammiti çərçivəsində Moldovanın baş naziri Vlad Filat Azərbaycanın dövlət başçısı İlham Əliyevə öz üzrxahlığını çatdırıb. Moldavanın Azərbaycandakı səfiri İqor Bodyu Moldova tərəfindən həqiqətən də Ermənistana 3 milyon dollar dəyərində silah satıldığını təsdiqləyib və bu faktı səhv siyasi addım adlandırıb. “Düzdür, Ermənistana silah satışının qadağan edilməsi ilə bağlı beynəlxalq sanksiya yoxdur”, – deyə səfir qeyd edib. Bodyu həmçinin Azərbaycan və Moldovanın ittifaq münasibətləri olduğunu da vurğulayıb. “Hər iki dövlət GUAM üzvüdür. Biz ümid edirik ki, bu fakt münasibətlərimizə ziyan vurmayacaq. Artıq Moldovada parlament və təhlükəsizlik şurası komissiyası yaradılıb. Bu iki komissiya baş verən insidenti araşdırır. Bir daha qeyd edirəm ki, bu yanlış siyasi gediş idi”.
Hazırda Bakıda istintaqı gedən bloqqer Aleksandr Lapşin 2017-ci ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib. Lapşin yanvarın 18-də prezident İlham Əliyevə üzrxahlıq məktubu yazıb. Bloqqer məktubunda öz hərəkətlərinə görə üzr istəyib və bunun sadəlövhlükdən baş verdiyini qeyd edib. Lapşinin məktubu konsul tərəfindən təsdiq edilib və İsrailin Bakıdakı diplomatik nümayəndəliyi vasitəsi ilə Azərbaycan prezidentinə təqdim edilib.
Serblər qətliama görə müsəlmanlardan üzr istəyib

Image result for Tomislav Nikoliç
Serbiyanın milliyyətçi prezidenti Tomislav Nikoliç 1995-ci ildə 8 min insanın qətlinə səbəb olmuş Srebrenitsa soyqırımına görə müsəlmanlardan üzr istəyib. İkinci Dünya Müharibəsindən sonra ən dəhşətli qətliam olan Srebrenitsa olayları ilə bağlı olaraq Nikoliç deyib: “Serbiyanın Srebrenitsada törətdiyi günah üçün diz çöküb əfv diləyirəm”. Buna baxmayaraq prezident hadisəni soyqırım kimi tanımayıb. Bosniyanın milli televiziyasında yayımlanan “Interview 20″ proqramında qonaq olan ölkə başçısı əlavə edib: ”Dövlətimiz və xalqımız adından baş verənlərə görə üzr istəyirəm”.
Bununla belə, Serbiya prezidenti bildirib ki, Bosniya qarşısında diz çöküb üzr istəməyə hazırdır. Onun bu üzrü bütün dünyada sensasiya kimi qarşılanıb. Qeyd edək ki, son illər ərzində belə üzrlər bir sıra Serbiya rəsmiləri tərəfindən səsləndirilib. Lakin, Nikoliç ilk dəfə belə bir üzr istəyib.
Sarebrenitsada müsəlmanlara qarşı törədilmiş qətliam Haaqqa Beynəlxalq Tribunalı tərəfindən də soyqırım kimi tanınıb. T.Nikoliç daha öncə məlum soyqırımla bağlı jurnalistlərin sualına belə bir qətlim olmayıb deyə cavab vermişdi. O, 1990-cı illərdə müsəlmanlara qarşı törədilmiş qanlı olaylarda birbaşa iştirak edib. Sonradan isə partiya rəhbərliyinədək yüksələn Nikoliç ölkə başçısı vəzifəsinə də seçilib.
Poroşenkodan Lukaşenkoya yaşıl budaq – bəlkə barışaq?

Image result for Pyotr Poroşenko
Ukrayna prezidenti Pyotr Poroşenko da Kiyevə qaytarılmış “Belavia” təyyarəsi ilə bağlı insidentə görə belaruslu həmkarı Aleksandr Lukaşenkodan üzr istəyib. Telefon danışığı zamanı Poroşenko belaruslu həmkarına baş verənlərə görə günahı olan şəxslərin cəzalandırıldığını bildirib. Qeyd edək ki, oktyabrın 21-də Ukrayna tərəfi “Belavia” aviaşirkətinə məxsus təyyarəni “Jülyanı” aeroportuna qaytarıb. Məlumata görə, aeroporta qayıtmaq əmri verilərkən ekipaja hədə-qorxu gəlinib. Ekipajın əmrə tabe olmayacağı təqdirdə qırıcı təyyarələrin havaya qaldırılacağı bildirilib.
Təyyarə aeroporta döndükdən sonra ukraynalı polislər onun göyərtəsində olan “Vətəndaş birliyi” ictimai təşkilatın idarə heyətinin sədri Armen Martirosyanı saxlayıblar. O, bir müddət sonra sərbəst buraxılıb.
Barak Obama “İ AM sorry”ləri ilə ad çıxarıb

Image result for Barak Obama
İran Fars körfəzində həbs olunan amerikalıların hökumətdən üzr istədiyini əks etdirən videokadrları yayımlayıb. Video-görüntülər ABŞ hökumətinin baş verənlərlə əlaqədar İrandan üzr istəmədikləri barədə iddialardan sonra yayılıb.
Ekspertlərin rəyinə görə, Amerika hökuməti əsgərlərin dərhal buraxılmasını İran üzərində diplomatik qələbə kimi şərh etməyə çalışıblar. Lakin İranın gətirdiyi videodəlillər rəsmi Vaşinqtonun iddialarını təkzib edib.
“Bu bir səhv idi. Səhvimizə görə üzr istəyirik. Yanlış anlaşılma oldu. Biz İranın dəniz sərhədlərinə müdaxilə etmək istəmirdik. Burda olduğumuz müddət ərzində İranın bizə qarşı münasibəti son dərəcə yaxşı idi. Qonaqpərvərliyinizə və köməyinizə görə təşəkkür edirik”, – deyə İran hərbçilərinə əsir düşən ABŞ əsgəri bildirib.
ABŞ prezidenti Barak Obamanın Yaponiyadan üzr istəməsi də dünya gündəmində yer alan xəbərlərdəndir. Yaponiyaya səfəri çərçivəsində 1945-ci ildə İkinci Dünya müharibəsinin sonlarına yaxın Xirosimo və Naqasaki şəhərlərinə atılan atom bombaları nəticəsində həlak olanları yad edən Obama öz ölkəsi adından üzrxahlığını ifadə edib.
ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Türkyiənin islamçı döyüşçülərin Suriya il sərhəddindən keçməsinə imkan yaradıb, militant qruplara kömək etdiyinə dair şərhlərə görə üzr istəyib. Ağ Evin açıqladığı bəyanatda vitse-prezident Baydenin cənab Ərdoğana zəng edərək, açıqlamalarına aydınlıq gətirdiyi bildirilir. Bəyanatda Co Bayden ABŞ-ın Türkiyə də daxil olmaqla, müttəfiqlər və dünya ölkərində tərəfdaşlarının İslam Dövləti qrupuna qarşı mübarizədə təəhhüdlərə yüksək qiymət verdiyini aydın şəkildə bildirdiyi deyilir. Bəyanatda bildirilir ki, vitse-prezident Bayden Türkiyənin bilərəkdən Suriyada İslam Dövləti qrupu, ya da başqa zorakı ekstremistləri təchiz edib onların güclənməsinə kömək etdiyinin nəzərdə tutulduğu hər hansı bir açıqlamaya görə üzr istəyib.
Hazırkı ABŞ prezidenti Donald Trampın da üzrxahlıq hekayələri çoxdur. Onun daha çox yadda qalan üzrxahlıqları isə qadınlarla bağlı dediyi sözlərdən sonra olub. Hələ prezidentliyə namizəd olan vaxt o, qadınlar haqda yanlış sözlər dediyini etiraf edib. Qeyd edib ki, bundan sonra daha nəzakətli olacaq: “Mən buna görə utanclıq keçirirəm, demək istəyirəm ki, mən sadəcə sərsəmlik edirəm”.
Trampın üzr istəməsinə səbəb olan sözlər isə maraqlıdır. “The Washington Post” qəzeti 2005-ci il 7 oktyabr tarixində yayımlanan Trampın sözlərini yenidən dərc edib. “Mən onu əldə etməyə cəhd etdim. O, ərdə idi. Lakin mən onu başdan çıxarmağa və gəzəyən qadınlar kimi istifadə etməyə çalışdım. Lakin buna nail ola bilmədim. Məni gözəl qadınlar cəlb edir. Mən sadəcə onları öpməyə başlayıram. Əgər sən məşhursansa, onlar öpməyə icazə verəcəklər”, – deyə Tramp həmin vaxt bildirmişdi.
Serbiyanın 1999-cu ildə bombardman edilməsi ABŞ-ın eks-prezidenti Bill Klintonun böyük səhvi idi. Bunu “Nedelnik” qəzetinə açıqlamasında ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp söyləyib. O, Serbiyanın bombardman edilməsinə görə bütün serblərdən üzr istəyib: “Bütün dünya müharibələrində bizim müttəfiqimiz olan serblərin bombardman edilməsi böyük səhv idi. Serblər çox yaxşı insanlardır. Təəssüf ki, Klinton administrasiyası onlara qarşı çox qəddarlıq edib. Bu qəddarlıq təkcə serblərə yox, bütün Balkanlara qarşı olub və nəticədə xaos yaranıb”. (Musavat.com)

POST TAGS:
Review overview