Home / Elm və texnologiya  / “Apple” Yaponiya planşet bazarının 41 faizinə sahib olub

“Apple” Yaponiya planşet bazarının 41 faizinə sahib olub

2016-cı ildə Yaponiyada 8,51 milyon ədəd planşet satılıb. Bu barədə “MM Research Institute” şirkətinin hesabatında deyilir. Planşetlərin bazara çıxarılmasından sonra ilk dəfə olaraq regionda tədarük azalıb. 2015-ci illə müqayisədə satışlar təxminən 10 faiz aşağı düşüb. Lokal bazarda

2016-cı ildə Yaponiyada 8,51 milyon ədəd planşet satılıb.

Bu barədə “MM Research Institute” şirkətinin hesabatında deyilir. Planşetlərin bazara çıxarılmasından sonra ilk dəfə olaraq regionda tədarük azalıb. 2015-ci illə müqayisədə satışlar təxminən 10 faiz aşağı düşüb.

Lokal bazarda ilk yeri 41 faiz payla ABŞ-ın “Apple” şirkəti tutub. İkinci yerdə bazarın 21,6 faiz payını əhatə edən Çinin “Huawei Technologies” şirkəti qərarlaşıb. Üçüncü yerdə 8,5 faiz paya malik “NEC/Lenovo”, sonrakı yerdə isə 5,4 faiz payla “Asustek Computer” şirkətləridir.

Kommersiya istifadəsinə yönəldilmiş planşetlərin tədarükü əhəmiyyətli dərəcədə azalıb. Buna səbəb, bəzi şirkətlər öz işlərində interfeysin optimallaşdırılmasına, əlavə proqram təminatının alışına və sistem mühafizəsinin ödənişinə əlavə vəsait xərcləmək istəməməsidir.

Analitiklər hesab edirlər ki, planşet bazarı seqmentinə təhsil üçün nəzərdə tutulan cihazlar təkan verə bilər.

Print Friendly, PDF & Email
Review overview