Home / Hadisə  / İranda güclü zəlzələ: 2 ölü, 11 yaralı – VİDEO

İranda güclü zəlzələ: 2 ölü, 11 yaralı – VİDEO

İranın Xorasan-Rəzəvi əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə, yaralananların sayı isə 11-ə çatıb. "Report" İran KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir. Məlumata görə, Məşhəd şəhərinə bağlı kəndlərin bəzilərinin

İranın Xorasan-Rəzəvi əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə, yaralananların sayı isə 11-ə çatıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir.

Məlumata görə, Məşhəd şəhərinə bağlı kəndlərin bəzilərinin 80 faizi, Sərəxs rayonunun Kələtə Mənar, Kələtə Hacı Kar, Xarəzar və Çaharməzar kəndlərinin ya bir hissəsi, ya da hamısı dağılıb.

İran Qızıl Aypara Cəmiyyətinin Xorasan Rəzəvi üzrə nümayəndəsi Müctəba Əhmədi bildirib ki, Sefidsəng, Sərəxs, Türbətcam, Fəriman və Məşhədə xilasedici dəstələr göndərilib.

13:17

Trend-in verdiyi son məlumata görə, Məşhəd şəhərində qeydə alınan 6 bal gücündə zəlzələ nəticəsində 1 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir.

Yeraltı təkanlar əsasən 4 kənddə ciddi dağıntılar törədib

11:10

İranın Məşhəd şəhərində 6,1 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdıma Mərkəzi yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanlar 33 km dərinlikdə meydana gəlib.

Məlumata görə, zəlzələ ölkənin Məşhəd şəhərindən 76 km qərbdə baş verib.

İran KİV-i isə ölkənin Cənubi Xorasan əyalətinin Şuşef şəhərində 11 dəfə zəlzələ baş verdiyi barədə məlumat yayıb. İlk yeratlı təkanın 4,7 bal gücündə olduğu bildirilib.

Ölkənin Urmiya əyalətinin Xoy şəhərində isə 3,4 bal gücündə zəlzələ qeydə alınıb

Print Friendly, PDF & Email
POST TAGS:
Review overview