Home / Ədəbiyyat  / Yazıçı Varis Yolçuyev ABŞ-da təltif olundu

Yazıçı Varis Yolçuyev ABŞ-da təltif olundu

Bu günlərdə Azərbaycan yazıçısı Varis Yolçuyev, Yazıçıların Nyu-York Beynəlxalq Konfransında iştirak etməsi və 58 akademik saat seminarı uğurla tamamlaması münasibəti ilə «Promotion of Creative Writing in the USA» (Kreativ yazıçıların ABŞ-da təbliği) layihəsi çərçivəsində Fərqlənmə

Bu günlərdə Azərbaycan yazıçısı Varis Yolçuyev, Yazıçıların Nyu-York Beynəlxalq Konfransında iştirak etməsi və 58 akademik saat seminarı uğurla tamamlaması münasibəti ilə «Promotion of Creative Writing in the USA» (Kreativ yazıçıların ABŞ-da təbliği) layihəsi çərçivəsində Fərqlənmə Sertifikatı ilə təltif olunub.

Rəsmən «Writers Digest Annual Conferense» adlanan Yazıçıların Beynəlxalq Konfransı 2016-cı ilin axırlarında Nyu-Yorkda keçirilib.

Konfransda yazıçılar Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor Matyu Kuin Martin kimi tanınmış ədəbiyyat mütəxəssislərinin «Tarixi roman üçün tədqiqat», «Dinamik xarakterlərin yaradılması», «Uğurlu müəllif olmağın sirləri», «Dram janrı müasir dönəmdə» kimi seminarlarının, «Müəlliflər üçün marketinq strategiyası», «Dövrün nəbzini necə tutmalı» kimi təlimlərin dinləyiciləri olublar.

Konfransda ABŞ naşirləri, ədəbi agentləri və redaktorları üçün təşkil edilən uğur qazanacağı ehtimalı yüksək əsərlərin pitçinq (sinopsis təqdimatı) mərasimi xüsusi maraq doğurub. Mərasimdə həmyerlimizin «Yetmiş yeddinci gün» romanı da təqdim edilib və böyük rəğbətlə qarşılanıb.
Print Friendly, PDF & Email
Review overview