ASSA news

AZƏRBAYCANIN SƏSİ xəbər portalı
Bakıda universitet müəllimlərinin binası yanır – YENİLƏNİB

Bakının Yeni Yasamal yaşayış massivində yanğın baş verən 10 saylı bina BDU-nun müəllimləri üçün tikilir. Qəfil yanğın binanın sonuncu mərtəbəsində başlayıb.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası və polis əməkdaşları cəlb edilib. Alov binanın damına da keçib.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

18:58

Paytaxtda çoxmərtəbəli bina yanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in saytına istinadən bildirilir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.