ASSA news

AZƏRBAYCANIN SƏSİ xəbər portalı
Ərdoğan Bakı-Tbilisi-Qars layihəsinin açılışına qatılacaq

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu ilin iyun ayında istismara veriləcək”.

Bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhmət Ərslan bildirib.

Onun sözlərinə görə, açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq:

“Bu layihə Londonla Pekini birləşdirəcək. Hazırda Çindən Londona daşımalar 45-60 gün ərzində həyata keçirilir. Lakin Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra bu müddət 3-4 dəfə, 12-15 günədək azalacaq. Biz il ərzində dəmir yolu vasitəsilə 26,5 milyon ton yük daşıyırıq. Rəsmi Bakı, Tbilisi və Astana “ildə 10 milyon ton yük verəcəyik” deyirlər. Başqa sözlə, Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra Türkiyə üzərindən yükdaşımaların həcmi ikiqat artacaq”, – deyə nazir qeyd edib. (APA)