Home / Maraqlı  / Vahid Ələkbərov da bu fəxri siyahıdadır

Vahid Ələkbərov da bu fəxri siyahıdadır

Forbes jurnalı ənənəvi dollar milyarderləri siyahısını açıqlayıb. Türkiyə mətbuatına istinadən məlumat verilir ki, əvvəlki araşdırmalarda da birinci yerdə olan Leonid Mixelson yenə Rusiyanın ən varlı adamı olub. Təbii qaz şirkəti "Novatek" ilə qaz və neft-kimya şirkəti "Sibur"un

Forbes jurnalı ənənəvi dollar milyarderləri siyahısını açıqlayıb.

Türkiyə mətbuatına istinadən məlumat verilir ki, əvvəlki araşdırmalarda da birinci yerdə olan Leonid Mixelson yenə Rusiyanın ən varlı adamı olub.

Təbii qaz şirkəti “Novatek” ilə qaz və neft-kimya şirkəti “Sibur”un ən böyük ortaqlarından olan Mixelsonun var-dövləti bir ildə 4 milyard dollar artaraq 18,4 milyarda yüksəlib.

Mixelson Forbes-ə görə dünyanın ən varlı 46-cı şəxsidir.

Rusiyanın ən varlıları siyahısında ikinci yerdə isə dəmir kralı “Severstal”ın idarə heyətinin rəhbəri Aleksey Mordaşovdur. Mordaşovun sərvəti bir ildə 6,8 milyard dollar artaraq 16,1 milyard olub.

“Forbes”ə görə Rusiyanın digər oliqarxları və onların sərvəti aşağıdaki kimidir:

Gennadi Timçenko (Volqa Qrup): 16 milyard dollar

Alişer Usmanov (USM Holdinq): 15,2 milyard dollar

Vahid Ələkbərov (Lukoil): 14,5 milyard dollar

Mixail Fridman  (Alfa Group): 14,4 milyard dollar

Vladimir Potanin (İnterros): 14,3 milyard dollar

Andrey Melniçenko (SUEK): 13,2 milyard dollar

Viktor Vekselberq (Renova): 12,4 milyard dollar.

Review overview