Home / Musiqi  / Cem Özəl üçün xüsusi konsert keçirildi

Cem Özəl üçün xüsusi konsert keçirildi

Bakıda Türkiyə vətəndaşı, müğənni Cem Özəl üçün xüsusi konsert keçirilib.   Bu haqda məlumatı jurnalist Cəmilə Vasifqızı yayıb. Onun sözlərinə görə, konsert "Umud TV"-nin əməkdaşı Əli Məmmədzadənin təşkilatçılığı ilə baş tutub. "Umud TV "-nin müxbiri  Fəridə Nizamiqızının aparıcılığı ilə təşkil edilən

Bakıda Türkiyə vətəndaşı, müğənni Cem Özəl üçün xüsusi konsert keçirilib.  

Bu haqda məlumatı jurnalist Cəmilə Vasifqızı yayıb.

Onun sözlərinə görə, konsert “Umud TV”-nin əməkdaşı Əli Məmmədzadənin təşkilatçılığı ilə baş tutub.

“Umud TV “-nin müxbiri  Fəridə Nizamiqızının aparıcılığı ilə təşkil edilən konsertə xeyli sayda qonaqlar gəlib.  Konsertdə iştirak edən müğənnilər öz mahnı töhfələrini qonaqlara hədiyyə edib.

Konsertdən sonra Cem Özəl müsahibə verərək ölkəmiz haqda xoş sözlər soyləyib və  Azərbaycan xalqının Novruz bayramını təbrik edib:

“Azərbaycana qonaq gəlmişdim, mənə qarşı diqqət və sevgidən o qədər məmnun qaldım ki, burada yaşamağa qərar verdim. Azərbaycan xalqı çox istiqanlı və mehribandır. Çörəyini hər kəslə bölməyi bacarır. Harasa qonaq kimi getsəm, yenə də Azərbaycanıma dönəcəyəm”.

Müğənni müsahibəsi zamanı yay aylarında yeni konsert planlaşdırdığını da gizlətməyib. 

Print Friendly, PDF & Email
Review overview