Loading

wait a moment

Londonda atışma: Ölənlər və yaralananlar var – YENİLƏNİB

print
Böyük Britaniyanın daxili işlər naziri Amber Rudd Londonda törədilən terror aktından sonra açıqlama verib.

Nazir qeyd edib ki, hadisənin təfərrüatları hələlik bilinmir: “Lakin, əminəm ki, xalqımız mənim kimi hadisə qurbanlarını düşünür və onlar üçün dua edir. Bu, davam edən prosesdir və hökumət rəsmiləri terror aktı ilə bağlı daim yeni məlumatlar alacaqlar”.

Amber Rudd təhlükəzilik qüvvələrinə və təcili yardım xidmətinə xüsusi təşəkkürünü bildirərək deyib ki, hökumətin ən əsas işi əhalinin təhlükəsizliyini təmin etməkdir. O, Britaniya xalqından təlaşa düşməməyi, hər hansı şübhəli hadisə haqqında dərhal polisə məlumat verməyi xahiş edib.

Qeyd edək ki, yaxın saatlarda Baş nazir Tereza Mayin sədrliyi ilə COBR (Kriz vaxtında hökumət rəsmilərinin təcili görüşü) keçiriləcək.


Böyük Britaniyada baş verən terror aktında terrorçu da daxil olmaqla 4 nəfər ölüb, ən az 20 nəfər yaralanıb.

“Euronews” telekanalına istinadla xəbər verilir ki, bu barədə Scotland Yard Metropoliten polisinin rəsmisi Mark Louley açıqlamasında bildirib.

Onun sözlərinə görə, faciəvi hadisə ilə bağlı əməliyyat bir neçə gün çəkə bilər. “Londonda təhlükəsizliyin təmin edilməsi üçün ehtiyac yaranacağı təqdirdə silahlı qüvvələrin şəxsi heyətindən də istifadə olunacaq”, – deyə o qeyd edib.


Böyük Britaniyanın parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində ölən və yaralananlar var.

“Euronews”a istinadla xəbər verilir ki, hadisə şahidləri silahlı şəxsin maşınını insanların üzərinə sürməsi nəticəsində 1 nəfərin öldüyünü, 10-dan çox insanın yaralandığını bildirirlər. Sonra maşın parlament binasını əhatə edən barmaqlıqlara çırpılıb.

Silahlı şəxs maşından insanların üzərinə atəş açıb.

Daha sonra o bıçaqla polislərin üzərinə hücum edib. Nəticədə polis onu vuraraq öldürüb.

Polis hadisəni terror hadisəsi elan edib.

BBC-nin verdiyi məlumata görə, Britaniya parlamentinin icmalar palatasının lideri David Lidington parlamentin həyətində polis zabitinin bıçaqlandığını deyib.

Hazırda parlament bağlanıb. Parlament işçilərinə içəridə qalmalarına əmr verildiyi bildirilir.

“The Independent” qəzetinin siyasi redaktoru Tom Peck Twitter-də yazıb: “Böyük partlayış səsi gəldi. Qışqırıqlar. Səs küy. Sonra isə atəş səsi. Hər yerdə silahlı polislər var”.

Baş nazir Tereza May hadisə yerindən uzaqlaşdırılıb.

Scroll Up