Home / Musiqi  / “Eurovison-2017”: Ermənistan təmsilçisi Ukraynaya buraxılmaya bilər

“Eurovison-2017”: Ermənistan təmsilçisi Ukraynaya buraxılmaya bilər

Ermənistanın “Eurovison-2017” təmsilçisi Artsvik Arutunyanın Ukraynaya girişinə qadağa qoyula bilər. “RİA Novosti”yə istinadla xəbər verilir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib. O qeyd edib ki, Ermənistan təmsilçisinin Krıma səfər etməsi səbəbindən onun Ukrayna

Ermənistanın “Eurovison-2017” təmsilçisi Artsvik Arutunyanın Ukraynaya girişinə qadağa qoyula bilər.

“RİA Novosti”yə istinadla xəbər verilir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.

Image result for anton gerashenko

O qeyd edib ki, Ermənistan təmsilçisinin Krıma səfər etməsi səbəbindən onun Ukrayna ərazisinə girişinə qadağa qoyula bilər.

Image result for krim

“Əgər erməni ifaçı Krım Rusiyaya ilhaq olunduqdan sonra o əraziyə qanunsuz səfər edibsə, onun Ukraynaya gəlib-gəlməməsi ilə bağlı ayrıca qərar qəbul olunacaq. Əlbəttə, biz KİV-də bu barədə yayılan xəbərlərə diqqətlə yanaşırıq. Amma qərar vermək üçün ciddi yoxlamalar aparılacaq. Sonda isə Ukrayna qanunvericiliyinə uyğun qərar veriləcək”, – deyə o bildirib.

Print Friendly, PDF & Email
Review overview