Qəzada 6 Türkiyə vətəndaşı ölüb – İranın Şərqi Azərbaycan əyalətində

print
Bu gün səhər İranın Şərqi Azərbaycan əyalətində ağır yol qəzası olub.

Avtobusun mikroavtobusla toqquşması nəticəsində mikroavtobusda olan 6 Türkiyə vətəndaşı ölüb, 7 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə hadisəyə səbəb avtobus sürücüsünün yuxulu olması və idarəetməni itirməsi olub. (APA)