Rejissor Gerri Marşallın kult “Gözəlçə” filmində baş qəhrəman Vivyen öz peşəsindən imtina edir və milyarder Edvard Lyuisin hisslərini qəbul edir. Ancaq ilkin olaraq ssenaridə belə hadisənin olmadığını az adam bilir. Filmin ssenaristi C.F. Loton “Vanity Fair” jurnalına verdiyi müsahibədə bildirib ki, orijinal versiyada Vivyen narkotik dozasının artıqlığından ölür.

Məşhur “Gözəlçə” əslində necə bitməli idi?

“Filmin necə bitəcəyi ilə bağlı debatlarımız çox davam etməmişdi. Bir tərəfdən biz süjeti dəyişmək istəmirdik, ancaq digər tərəfdən çoxu belə hesab edirdi ki, bu çox kədərli hekayə olacaq. Həlledici sözü rejissor dedi. Onun da şübhələrinin olmasında baxmayaraq, sonda doğru seçimi etdi. Bax belə, dramatik film romantik nağıl komediyasına çevrildi” – deyə, Loton əlavə edib.