Loading

wait a moment

Azərbaycanın dövlət sərhədini pozan şəxs saxlanıldı

print
1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necat 2017-ci il martın 21-də Azərbaycanın dövlət sərhədini pozaraq Gürcüstan ərazisinə keçmək istəyib.

Bu haqda məlumat Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilib.

Məlumata görə, onun cəhdinin qarşısı Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində alınıb.

Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.

Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulmasına vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.

 

Scroll Up