Loading

wait a moment

Zakir Həsənov müalicə alan hərbçilərə baş çəkdi

print
Müdafiə Nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub və ehtiram ifadə edilib.


Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb, hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.


Sonra hərbi qulluqçuların ailə üzvləri, hərbçi və mülki qadın əməkdaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulan, son texnoloji nailiyyətlərə əsaslanaraq müasir avadanlıq və cihazlarla təchiz edilmiş Doğum şöbəsinin açılışı olub.


Tibbi heyətlə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib, müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.

Scroll Up