Bazar ertəsi, Mart 20th, 2017

now browsing by day

 

101 yaşlı milyarder Devid Rokfeller öldü

Məşhur amerikalı milyarder Devid Rokfeller 101 yaşında ölüb. Bu haqda Associated Press agentliyi məlumat verib. Məlumata görə, o, gecə yatarkən Nyu-Yorkda öz evində vəfat edib. Xatırladaq ki, onun babası, Standart Oil neft şirkətinin yaradıcısı Con Rokfeller dünyada ilk milyarder kimi tarixə düşüb.


Bakıda sabah yağış yağacaq

Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 8-10° istiRead the Rest…


Bahar Azərbaycana qədəm qoydu

Bahar bu gün Azərbaycana qədəm qoyub. Bu, Bakı vaxtı ilə saat 14:28-də baş verib, gecə və gündüz bərabərləşib. Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar yazın gəlişini tarixən müəyyən ortaq bayramlarla qeyd ediblər. Novruz bu bayramlar arasında miqyasına və özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir. Müasir dövrdə NovruzRead the Rest…


“Barselona” “Valensiya”nı məğlub etdi: 4:2 – VİDEO

Futbol üzrə İspaniya çempionatının 28-ci turunda “Barselona” “Valensiya”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunda ev sahibi 4:2 hesabı ilə qalib gəlib. Qalib komandanın heyətində Luis Suares, Lionel Messi və Andre Qomeş fərqlənib. Qonaqların qollarını isə Elyakim Manqala və Munir əl-Haddadi vurub. Matçın 44-cü dəqiqəsində Manqala qırmızı vərəqə alıb. Beləliklə,Read the Rest…


“iPhone 7 Plus”un dizaynını dəyişdilər – VİDEO

“ColoWare” şirkəti “iPhone 7 Plus” smartfonlarını retro stildə dizayn edib. Məhdud sayla satışa çıxarılacaq smartfon 80-ci illərin “Macintosh” kompyuterləri stilində tərtib olunub. Bu “iPhone”un parlaq xüsusiyyəti “Apple” loqotipinin üfüqi zolaqlarla örtülməsidir. Model iPhone 7 + Retro adlanır, bir neçə həftə sonra 1899 dollara satışa çıxarılacaq.


Həftənin filmi: “Qatilin kredosu” – VİDEO

“Qatilin kredosu” filminin süjeti bir-birilə əsrlərdir mübarizə aparan Həşşaşilər qardaşlığı və Tampliyerlər Ordeninin qarşıdurması ətrafında baş verir. Genetik yaddaşı bərpa edən inqilab texnologiya sayəsində Kallum Linç XV əsrdə İspaniyada yaşayan əcdadı Agiların macəralarını yaşayır. İnanılmaz bilik və bacarıqlar əldə edərək Kallum bizim zamanda tampliyer ordeninin cəngavərləriylə vuruşacaq.


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up