Loading

wait a moment

Müdafiə naziri şəhid Çingiz Qurbanovun 40 mərasimində iştirak etdi

print
Bu gün Milli Qəhrəman Çingiz Qurbanov 40 mərasimi keçirilir.

Mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Milli Qəhrəmanın 40 mərasiminə rayonun müxtəlif təşkilat və qurumlarının əməkdaşları qatılıb.

Bu gün həmçinin, Çingiz Qurbanovun haqqında yazılmış “Çingiz dastanı” kitabının təqdimatı olub.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. (APA)

Scroll Up