Azərbaycanlı nazir 3,7 milyon dollara azadlığa çıxdı

print
Korrupsiya işi üzrə araşdırmalar zamanı həbs olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq rəhbəri, azərbaycanlı Roman Nəsirov 100 milyon qriven (3,7 milyon dollar) dəyərində girov qarşılığında azadlığa buraxılıb.

Bu barədə “112 Ukraina” saytı xəbər yayıb.

“Bu astronomik məbləği tapdıqları üçün öz ailəmə minnətdaram. Hesab edirəm ki, hazırda KİV vasitəsilə bütün məlumatları yenidən yoxlamaq və günahsız olduğumu daha sürətlə sübut etmək imkanlarım var”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Nəsirov ailəsinin girov qoymaq üçün bu qədər vəsaiti haradan aldığını açıqlamayıb.

Qeyd edək ki, Roman Nəsirov martın 3-də Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up