Loading

wait a moment

Avropa Liqası: “Qara qartallar” dörddəbir finala vəsiqə qazandı

print
Martın 16-da futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.

Türkiyənin “Beşiktaş” klubu Yunanıstanın “Olimpiakos” komandasına böyük hesabla qalib gəlib. Rəqiblərini 4:1 hesabı ilə məğlub edən “Qara qartallar” dörddəbir finala vəsiqə qazanıb.

Günün digər matçı Belçikada keçirilib. Səfərdə rəqibini 5:2 hesabı ilə darmadağın edən “Genk” öz meydanında “Gent”i məğlub edə bilməyib. “Genk”1:1 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.

İspaniyanın “Selta” klubu isə səfərdə Rusiyanın “Krasnodar” kollektivinə 2:0 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqəni təmin edib.

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up