Loading

wait a moment

Gənc yazar Mövlud Mövlud intihar etdi

print
Azərbaycanın tanınmış gənc yazarı Mövlud Mövlud intihar edib.

Bu haqda məlumat yazarın dostları tərəfindən Facebook səhifələrində paylaşılıb.

Şair Fərid Hüseyn intihar faktını təsdiq edib:

“Mövludgilin evi yanırdı… 2 il bundan əvvəl idi. Tərcümə Mərkəzinin həyətində dayanıb siqaretçəkən həmkarlarla söhbət edirdim… Çölə qaçdı, arvadı və oğlu binada idi… Təlaşlıydı, təskinlik sözləri kara gələsi deyildi. Zahid Sarıtorpaq onu maşınla kirayə qaldığı evə apardı… Ailəsi və uşağı sağ çıxdı binadan… Onda Mövludun evi yanırdı… Bu günsə ocağı söndü…
Allah rəhmət eləsin…”.

Yazıçı Pərviz Cəbrayıl isə belə yazıb:

“Bir az əvvəl siqaret çəkəndə Aqşin Evrənə deyirdim: “Vallah, adam bezir, məzuniyyət götürüb dünyadan gedəsən”… Qayıtdım gəldim otağa, Mövludun qara xəbərini aldım. Dünən işdən çıxanda görüşdük, üzünə baxdım, həyat yox idi varlığında, həyatda yox idi, istədim deyəm, ama demədim…”.

Binəqədi rayon Prokurorluğu da hadisə ilə bağlı xəbər yayıb və bildirib ki, intihar faktı martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayon, Axundov küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Mövlud Mövlud jurnalist Sevinc Fədai ilə evli olub və onların 2 yaşlı oğlan övladı var.

Mövlud Mövlud intihar etdi -  Özünü 17-ci mərtəbədən atdı

Scroll Up