Bakı metrosunda tüstülənmə oldu – VİDEO (YENİLƏNİB)

print
Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb. Hazırda sərnişinlərin “28 may” metro stansiyasına girişi bərpa olunub.

Tüstülənmədən dərhal sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

20:28

Bakıda metroda tuneldə tüstülənmə olub.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə “28 may” “Gənclik” stansiyaları arasındakı tuneldə baş verib:

“Hazırda metropoliten əməkdaşları əraziyə baxış keçirir. Tüstülənmə qatarların hərəkətinə hər hansı maneçilik törətməyib. Qatarlar hərəkətini normal qrafiklə davam etdirir”.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up