Loading

wait a moment

Hüsnü Mübarək azadlığa buraxıldı

print
Misirin Baş Prokurorluğu vəkil Fərid Əd-Dibin tələbini dəyərləndirərək sabiq ölkə başçısı Hüsnü Mübarəkin azadlığa buraxılmasına qərar verdi.

Məhkəmə mənbələri Mübarəkin daha əvvəl məhkum edildiyi 3 illik həbs cəzasını başa vurduğu və digər məhkumiyyətlərdən bəraət etdiyi üçün azadlığa buraxıldığını bildirib.

Misir qanunvericiliyinə görə, həbs müddəti başa çatan məhkumlar qeydiyyatda olduqları ərazidəki polis bölməsinə aparılaraq buradan azadlığa buraxılırlar. Amma Mübarəkin səhhətindəki problemlər əsas gətirilərək bu üsul onun üçün icra edilməyəcək.

“Ərəb Baharı” hərəkatı çərçivəsində 2011-ci il yanvarın 25-də baş tutmuş Misir inqilabından sonra apreldə saxlanılan prezident Hüsnü Mübarək hərbi hosbitala yerləşdirilmişdi.

2012-ci ilin iyun ayında 239 nümayişçinin ölümünə görə məsuliyyətə cəlb edilən Mübarək barəsində ömürlük həbs cəzası verilmişdi. Qısa bir müddət Tura həbsxanasında qalan Hüsnü Mübarək, səhhətində problem olduğu iddia edilərək yenidən hərbi hospitala köçürülmüşdü.

Yerli qanunvericiliyə görə sabiq prezident statusuna malik Hüsnü Mübarəki dövlət yaşaması üçün mənzillə təmin edəcək.

<script async src=”//pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”></script>
<script>
(adsbygoogle = window.adsbygoogle || []).push({
google_ad_client: “ca-pub-8125111263879539”,
enable_page_level_ads: true
});
</script>

Scroll Up