Home / Elm və texnologiya  / Uçan avtomobil konsepti nümayiş olunub – VİDEO

Uçan avtomobil konsepti nümayiş olunub – VİDEO

“Airbus” təyyarə istehsalçısı Cenevrə avtosalonunda “Italdesign” dizayn bürosunun iştirakı ilə hazırlanan aerotaksi konseptini nümayiş etdirib. Modullu konstruksiyaya malik uçan avtomobil həm havada, həm də adi maşın kimi yollarda hərəkət edə bilir. “Pop.Up System” adlanan sərnişin kapsulunu

“Airbus” təyyarə istehsalçısı Cenevrə avtosalonunda “Italdesign” dizayn bürosunun iştirakı ilə hazırlanan aerotaksi konseptini nümayiş etdirib. Modullu konstruksiyaya malik uçan avtomobil həm havada, həm də adi maşın kimi yollarda hərəkət edə bilir.

“Pop.Up System” adlanan sərnişin kapsulunu “Uber” və ya digər internet taksisi kimi mobil proqram vasitəsilə sifariş etmək mümkündür. Süni intellekt əsaslı platforma bu və ya digər müştərinin nəyə üstünlük verməsini nəzərə alaraq səfər üçün optimal marşrutu seçir.

“Airbus” aerotaksisinin daha bir tərkib hissəsi istifadəçi ilə əlaqə yaradaraq hərəkət zamanı onun hərəkətlərinə reaksiya verən tam virtual mühitdir.

Korpusu bərk karbon lifindən hazırlanan uçan aparatın uzunluğu 2,6 metr təşkil edir. (ICTnews)

Print Friendly, PDF & Email
Review overview