Bazar, Mart 12th, 2017

now browsing by day

 

Prezident İlham Əliyev Fransaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar.


Uçan avtomobil konsepti nümayiş olunub – VİDEO

“Airbus” təyyarə istehsalçısı Cenevrə avtosalonunda “Italdesign” dizayn bürosunun iştirakı ilə hazırlanan aerotaksi konseptini nümayiş etdirib. Modullu konstruksiyaya malik uçan avtomobil həm havada, həm də adi maşın kimi yollarda hərəkət edə bilir. “Pop.Up System” adlanan sərnişin kapsulunu “Uber” və ya digər internet taksisi kimi mobil proqram vasitəsilə sifariş etmək mümkündür. SüniRead the Rest…


Dağlıq Qarabağ münaqişəsi Cenevrədə müzakirə edildi

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan vətəndaş cəmiyyəti tarixində bir ilkə imza atıb. Martın 10-da BMT-nin Cenevrədəki qərargahında BAMF-ın təşkilatçılığı ilə münaqişədən əziyyət çəkən uşaqlarla bağlı beynəlxalq müzakirələr keçirilib. Toplantıda xeyli sayda ictimai xadim, BMT ekspertləri, tanınmış beynəlxalq təşkilatların nümayəndələri, BMT agentliklərinin təmsilçiləri, səfirlər iştirak edib. Açılış nitqi ilə çıxış edənRead the Rest…


Bakıda sabah 13 dərəcə isti olacaq

Martın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Naxçıvan MuxtarRead the Rest…


“Eurovision” təmsilçimizin klipi təqdim olundu – VİDEO

Azərbaycanı “Eurovision 2017” Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək Diana Hacıyevanın mahnısı və klipi təqdim edilib. “Dihaj” təxəllüsü ilə çıxış edəcək Diana Hacıyevanın “Skeletons” adlı mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır. Qeyd edək ki, Diana Hacıyeva müsabiqənin mayın 9-da keçiriləcək 1-ci yarımfinalında çıxış edəcək. (itv.az)


Fikrət Qocanın oğlu faciəvi şəkildə öldü

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib.   Şairin oğlu Yalçın Qocayev dünən vəfat edib. F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib: “Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib”. Qeyd edək ki, mərhumun 52 yaşı olub. Allah rəhmət eləsin. (Bakı Post)


Batumidəki iğtişaş yatırıldı: Azı 30 yaralı – VİDEO

Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyiblər. Küçənin etirazçılardan təmizlənməsi əməliyyatı zamanı ciddi qarşıdurma baş verməyib. Xüsusi təyinatlılar əraziyə daxil olan kimi etirazçılar Çavçavadze küçəsini dərhal tərk etməyə başlayıblar. Rezin güllələrdən istifadə edən polis əməkdaşları saat 7.00-dək ərazini etirazçılardan tamamiləRead the Rest…


Azərbaycan düşmənə artilleriya zərbəsi endirdi: 5 hərbçi öldürüldü – VİDEO

Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə endirilən artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.


Hollandiyada saxlanılan türkiyəli nazir İstanbula qayıtdı – YENİLƏNİB

Hollandiya polisi Rotterdamda Türkiyənin ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı saxlayıb. Anadolu agentliyinin məlumatına görə, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Fatma Betül Sayan Kaya Rotterdama Almaniyadan avtomobillə gəlib. Nazir onu gözləyən insanlarla görüşmək üçün konsulluğa getməyi planlaşdırırdı.Read the Rest…


“Sovetski”də müasir yol infrastrukturu qurulur – FOTO+VİDEO

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yolların genişləndirilməsi, inşaat və abadlıq işləri yüksək keyfiyyətlə davam etdirilir. “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti alatında aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatəRead the Rest…


© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up