İstanbulda helikopter qəzası: Hadisə yerində daha 2 cəsəd aşkarlanıb

print
İstanbulda helikopter qəzası nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

Türkiyə KİV-lərinə istinadla xəbər verilir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş hadisə yerində Türkiyə vətəndaşları olan iki pilotun da cəsədinin aşkarlandığını bildirib.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib. Eczacıbaşı şirkətinə məxsus helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra televiziya qülləsinə çırpılaraq avtomobil yoluna düşüb. Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Helikopterin göyərtəsində iki pilot və beş sərnişin olub. Onlardan dördü Eczacıbaşı kompaniyası tərəfindən sərgiyə dəvət edilmiş Rusiya vətəndaşlarıdır. İlkin məlumata görə, qonaqlar Sankt-Peterburqda eyni şirkətdə çalışırdılar. Türk kompaniyasının Rusiyadakı VitrA şirkətinin baş direktoru Salim Özen də həlak olanlar arasındadır.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up