Kataloniyada möcüzə: “Barselona” – “PSJ” – 6:1 (VİDEO)

print
Martın 8-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki cavab görüşü keçirilib.

Turun mərkəzi matçı Kataloniyada “Barselona” ilə Fransanın “PSJ” komandaları arasında olub. İlk görüşdə rəqibinə 0:4 hesabı ilə uduzan Luis Enrikenin yetirmələri möcüzə yaratmağa nail olublar.

Doğma meydanda rəqibinə 6:1 hesabı ilə qalib gələn kataloniyalılar növbəti mərhələyə vəsiqə qazanıblar.

Günün digər qarşılaşması isə Almaniyada keçirilib. Dortmundun “Borussiya” klubu səfərdə 0:1 hesabı ilə uduzduğu “Benfika”ya doğma meydanda böyük hesabla qalib gəlib. Rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradan almanlar növbəti mərhələyə yüksəliblər.

Scroll Up