Loading

wait a moment

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən tələbələr barədə yeni xəbər

print
Bu gün səhər Bakı-Sumqayıt yolunda avtobus qəzası nəticəsində ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən tələbənin həyati təhlükəsi keçib.

Bunu açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov deyib.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası

Baş həkimin sözlərinə görə həmin xəstənin vəziyyəti stabildir.

“Tələbənin vəziyyəti orta ağırlıqda qalır. Stabildir, rahatdır və hər şey qaydasındadır. Xəstəxanaya müraciət edən tələbələrdən 5-i evə getmək istədikləri üçün buraxılıb. Biz onları tam müayinə etmişdik. Elə ciddi bir problemləri yox idi. Sadəcə əzilmələr var idi. Ambulator şəraitdə müalicələrini ala bilərlər” – deyə Rauf Sadıxov əlavə edib.

Scroll Up