Tənzilə Rüstəmxanlı: Türklər kükrərsə, dünya başınıza yıxılar

print
Xəbər verildiyi kimi, Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə km.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.
Image result for arif rəhimzadə
Bir neçə gün sonra isə o, dediklərini təkzib edib: “Biz etnik cəhətdən türkük, amma millət kimi isə azərbaycanlıyıq. “Biz türk deyilik” ifadəsi səsləndirməmişəm”.
Millət vəkilinin bu deyimi ölkədə birmənalı qarşılanmayıb. Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da bu olaya biganə qalmayıb və fikirlərini sosial şəbəkədə belə paylaşıb:
Image result for tənzilə rüstəmxanlı
“Türkiyə və onun gözəl insanları bizləri can qardaş olaraq hər zaman bağrına basıb. Acımız Türkiyənin acısı, sevincimiz isə sevinci olub.
Biz Türkiyədə bunları yaşayarkən Azərbaycana döndüyümüzdə qəribə şeylərlə qarşılaşaram. Millət vəkillərindən bəziləri “Azərbaycan xalqı Türk deyil-deyə hökm kəsmiş və fikir söyləmişdir. Biz bunları yaxşı tanıyırıq və hər ikisi də Rusiyanın adamıdır. Yəni ki, Azərbaycan parlamentində sanki Rusyanın təmsilçisi kimi oturublar. İllərdir ki, dövlətimizin içində gizli bir əlin apardığı Türk düşmənliyi siyasətini hiss edirdik və bir gün baş verəcəyini də bilirdik. Amma bir millətin adından onun milli kimliyi haqqında söz söyləyəcək cəsarəti haradan və kimdən aldıqlarını bilmirdik. Zaman keçdikcə bunlar da gün üzünə çıxacaq.
Sizlər Türk olmaya bilərsiniz və kimsə də sizə Türk olun demir, amma siz kim olursunuz ki, yüzdə 95-i özünə Türk deyən bir millətin milli kimliyinə dil uzadırsız? Ananız, avradınız erməni və rusdur deyə başımıza çıxdığınız bəs deyilmi? Millət vəkili olduğunuz yetmirmi? Dövlətin ən əhəmiyyətli mövqelərini işğal etdiyiniz yetmirmi? Bu millətə, azadlığını qazandırmış insanları səfil vəziyyətinə saldığınız yetmədimi? Bizlər rus imperyasına qarşı mücadilə aparanda sizlərin onların vəkilliyini etdiyiniz yetmirmi? “Bir millət iki dövlət”- deyən Heydər Əliyevə də hörmətiniz yoxdurmu, ay həddini bilməzlər? Erməni olun, rus olun, talış olun, kim olursunuzsa olun, bundan bizə nə, o sizin biləcəyiniz iş, amma Azərbaycan Türkünə dil uzatmayın, bu millət o dili nə edəcəyini özü çox yaxşı bilir.
Dünya tarixi Türklə başlayır. Əgər Türkün tarixini o tarixdən çəksən tarix bomboş qalar. Dünya tarixində Türklər qədər şərəfli tarixi olan ikinci bir millət yoxdur. Türklər tarix yaradar, amma onu başqaları öz mənfəətləri üçün saxtalaşdıraraq yazar. Türkləri yox etmək üçün min illərdir hiyləgərcə layihələr istehsal olunur, lakin hər səfərində planları ya əllərində qalır, ya da suya düşür. Yenə də Türklər tarixin şah əsərlərini yazmağa davam edir və edəcək də. Türklər dünyanın fəqərə sütunudur, onunla oynanılmaz. Türklər kükrərsə dənizlər coşar, dünyanın tarazlığı pozular və dünya başınıza elə yıxılar ki, hamınız altında qalarsınız. Türkün daşı çox, həm də çox ağırdır, onu daşıya bilməzsiz. Türklər yer üzünə Allahın lütfüdür. Türklük Şərəfdir. Az da olsa özünüzə hörmət etsəniz, çıxıb bu millətdən üzür dilərsiniz”.
Scroll Up