Daha bir itkin neftçinin meyiti tapıldı

print
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin keçirdiyi axtarış — xilasetmə əməliyyatları nəticəsində martın 4-də daha bir neftçinin meyiti aşkar edilib.

Meyitin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğluna məxsus olduğu müəyyən edilib.

Qeyd edək ki, ötən il dekabrın 15-də Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın bir hissəsi dənizə uçub.

Nəticədə 9 neftçi itkin düşüb:

Güloğlan Zülfüqarov maşinist
Azay Zülfüqarov operator
Elçin Həsənov mexanik
Həsənağa Hacıəliyev operator
İlham Qafarov operator
Samir Əsədov operator
Cavid Bəhrəmov operator
Ramiz Abbasov maşinist
Qorxmaz Rüstəmov operator

Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up