Azərbaycanlı jurnalist Mənsimova məktub yazdı: Borcunuzu verin

print
Azərbaycanın məşhur Futbol+ qəzetinin baş redaktoru Mahir Rüstəmli “Palmali” şirkətləri qrupunun rəhbəri, “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimova açıq məktubla müraciət edib.

M.Rüstəmli M.Mənsimovdan “Xəzər-Lənkəran” klubunun 2015-ci ilin sentyabrından 2016-cı ilin mayına qədər qəzetin əsas səhifəsində dərc edilmiş reklamı üçün 9 min manat borcunu ödəməsini xahiş edib.

Baş redaktorun sözlərinə görə, nəşr artıq manatın məzənnəsinin enməsinə görə böyük ziyana düşüb.

“Baxmayaraq ki, biz reklam üçün pul almırdıq, vergiləri vaxtında ödəyirik. Aramızdakı mehriban münasibətləri nəzərə alaraq, biz indiyə qədər məhkəməyə müraciət etməmişik. Qısa müddət ərzində qəzetimizə olan borcun ödənməsi haqda göstəriş verməyinizi xahiş edirik”, – deyə M.Rüstəmli yazıb.

M.Rüstəmli həmçinin qeyd edib ki, “Palmali”nin Bakı ofisinin rəhbərlərindən biri, “Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov görüşdən daim qaçır və qəzetin rəsmi müraciətlərinə cavab vermir.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up