Loading

wait a moment

2020-ci ildə neftin qiyməti kəskin bahalaşacaq – Fatih Birol

print
2020-ci ildə dünya bazarında xam neftin qiyməti kəskin şəkildə bahalaşacaq.

Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu qənaətdədir.

O deyib ki, neftin qiymətinin artmasına yeni neft layihələrinə yönələn investisiyaların azalması təsir göstərəcək.

“2016-cı ildə neft layihələrinə investisiyalar 450 milyard dollar olub. Bu, əvvəlki ildəki rəqəmdən 25 faiz aşağıdır. Tələbatı kompensasiya etmək üçün investisiya hər il ən azı 20 faiz artmalıdır. Bizin neft şirkətlərindən (həm dövlət, həm də özəl) aldığımız məlumatlar çox ümidverici deyil. Çünki son iki ildə investisiyaların əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirik. Əgər 2017-ci ildə də investisiyalarda artım olmasa bazar 2020-ci ildən sonra daha çətin dövrə qədəm qoyacaq”, – deyə F.Birol əlavə edib.

O bildirib ki, dünya üzrə neft ehtiyatının istehsal gücü 2008-cu ildə 4 faiz idisə, hazırda bu göstərici 2 faizdən aşağıdır. Neft hasil edən ölkələrdə sərmayə qoyuluşu artırılmalıdır. Çünki dünyada neft ehtiyatları azalır.

F.Birol ABŞ-da şist nefti hasilatının da durmadan artdığını deyib.

Scroll Up