Məşhur neftçi Nikolay Baybakovun büstü açılıb – Bakıda

print
Martın 6-da Bakının Sabunçu qəsəbəsindəki 67 nömrəli tam orta məktəbin həyətində Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş tanınmış ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Baybakovun büstü açılıb.

Mərasimdə SOCAR-ın vitse-prezidentləri, Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib ki, Sabunçu qəsəbəsində anadan olmuş N.Baybakov Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətləri olan şəxsdir. O, uzun illər keçmiş SSRİ-də yüksək vəzifələrdə çalışmış, amma heç vaxt ona doğma olan Azərbaycanı unutmayıb, hər zaman onu dəstəkləyib.


Comments are Closed

© 2018 ASSA – DİZAYN | Design Theme by: D5 Creation | Powered by: WordPress
Scroll Up